“Simurq”un icraçı direktoru Vaqif Əliyev klubun çətin vəziyyətdə olduğu barədə "Report"a açıqlama verib. Futbolinfo.az xəbər verir ki, o həmçinin legionerlərə komandadan gedə biləcəklərini deyib.
Çünki maaş problemi qarşıdakı aylarda da həll olunacaq kimi görünmür. “Simurq”un serbiyalı hücumçusu Draqan Çeran da klub rəsmisinin fikirlərini təsdiqlədi. Zaqatal klubunun əsas "qol silahı" olan forvard saytımıza açıqlamasında bunlarıd dedi: 
“Təbii ki, komanda çətin durumdadı. Biz hazırda “İnter”lə oyuna hazırlaşırıq. İstəyirik ki, qələbə qazanıb, bir az da olsa əhval-ruhiyyəni düzəldək. Rəhbərlikdən bizə komandadan gedə biləcəyimizi deyiblər. Amma mən peşəkar futbolçuyam. Ona görə də mövsümün sonuna qədər heyətdə qalmağı üstün tutdum. Ondan sonrasına isə baxacağıq”.
Çeran pulunu ala bilməyəcəyi təqdirdə FİFA-ya şikayətçi olacağını da istisna etməyib: “Əgər pulumu almasam, ola bilər ki, FİFA-ya şikayət edim. Amma istəməzdim ki, biz pis ayrılaq. “Simurq” mənim üçün doğmadı. İnanıram ki, hər şey yaxşı olacaq. Müqaviləm mövsümün sonunda bitir. İstərdim ki, dost kimi ayrılıb gedim”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp