“Simurq” klubunun maliyyə problemləri ilə üzləşdiyi artıq hamıya məlumdu. Futbolinfo.az xəbər verir ki, artıq komandanı tərk eədəcək futbolçulardan belçikalı Benjamin Lambotun adı dəqiqləşib. 
Yarımmüdafiəçi də bu barədə ölkəsinin mətbuatına açıqlama verib. “Benjamin Lambotu xatırlayırsınızmı?” başlıqlı xəbərdə futbolçunun ötən ilin qışışnda “Lyers”dən baş məşqçi “Stenli Meno” tərəfindən qovulması da qeyd olunub. Sonradan “Zaqatala təmsilçisi ilə anlaşan Lambotun komandasının indiki çətin durumundan bəhs olunub. 
Futbolçu açıqlamasında isə bunları qeyd edib: “Klub bizə 4 aylıq maaş, üstəlik mükafat da verməlidi və qısa vaxtda bizə bu haqda məlumat verəcəklər.Verdiyim bütün qurbanları yadıma saldıqda çox təəssüflənirəm. Heç nəyə görə hər şeyimi vermişəm. Artıq sərbəstəm. Agentlərim hazırda bir çox danışıqlar aparsa da, hələ ki konkret bir şey yoxdu”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp