Futbol üzrə Azərbaycan çempionatının 1-ci divizionunun 26-cı turu çərçivəsində "Bakılı" Qusar "Şahdağ"ı ilə qolsuz sülhə razılaşdı. Futbolinfo.az xəbər verir ki, bu matç da biabırçı məqamlarla yadda qaldı. 
Qusarlılar özünü qonaq kimi aparsa da, ev sahibi hər zaman olduğum kimi, bu dəfə də öz ampulasında idi. Öncəliklə onu qeyd etmək lazımdı ki, elə bil, bakılıların 1 yox, bir neçə baş məşqçisi var. Komandanı meydana baş məşqçi kimi çıxaran Təhmuraz Rzayev oyun zamanı ağzına su alıb, susduğu halda, futbolçularla adını öyrənə bilmədiyimiz "Sesi" ləqəbli "Bakılı" rəsmisi kontakda olurdu. O, futbolçularını təhqir edir, elm aləminə məlum və naməlum söyüşlərə oyunçuları çaş-baş salırdı. Hətta iş o yerə çatdı ki, "Bakılı" üzvlərindən biri "Sesi"yə cavab qaytarmaqdan da çəkinmədi. Bu tərbiyəsizliyin sonu hətta dava ilə də bitə bilərdi.
Özünü baş məşqçi kimi aparan "Sesi" bir neçə epizodda qarşılaşmanın baş hakimi Rəşad Əhmədovu ağır şəkildə təhqir etməkdən də çəkinmədi. O, gənc referinin haqlı qərarlarına narazılıq edir, hər kəsi eşidəyəci tərzdə klub rəsmisinə yaraşmayan biabırçılıqlara yol verirdi.
1430480635sesi - Futbolinfo.az
Ən maraqlı məqam isə "Bakılı"nın prezidenti Misir Əbilovun qarşılaşmanın keçirildiyi arenaya gələndən sonra yaşandı. Əbilov stadiona gəlib, 5 dəqiqə oyuna baxdıqdan sonra "Sesi"yə "2 futbolçumuz matçı satıb" deməsi ilə yadda qaldı. Misir bəyin şübhələndiyi futbolçular qapıçı Vaqif Şirinbəyov və zona oyunçusu Ramin Əliyev idi. Ramin hətta ilk hissədə boş qapıya top vura bilmədikdə "buna bax, oyunu satıb e, satıb" deməsi ilə diqqət mərkəzinə düşdü. Maraqlısı budu ki, "İnter Arena"nın 4-cü meydancasında baş tutan qarşılaşmasnın ilk hissəsindən sonra adı çəkilən futbolçular artıq əvəzlənmişdi. 
Qalmaqallı prezidentdən daha bir maraqlı addımı ikinci hissənin sonlarına gördük. Belə ki, onun adı texniki zonada otura biləcək şəxslərin  siyahısında olmadığı halda Əbilov ora gedib, Təhmiraz Rzayevə göstərişlər verdi. 4-cü hakim acizanə şəkildə "Misir müəllim, ora olmaz e" desə də, Əbilovu texniki zonadan çıxarmaq üçün başqa bir cəhd göstərmədi. 
1430480635misir abilov - Futbolinfo.az
Yazdıqlarımızın sübutu kimi həmin matça qeydə alınan biabırçı məqamları əks etdirən fotoları təqdim edirik. "Sesi"nin baş hakimi söydüyü anın videosunu da yaxın saatlarda saytımızda izləyə bilərsiz. Yəqin ki, AFFA İntizam Komitəsi bu məsələlərlə bağlı ölçü göyətürəcək.
EMİN SƏFƏROV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp