Bu gün Topaz Premyer Liqasının 32-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Neftçi" öz meydanında "Sumqayıt"la 2:2 bərabərə qalıb. 
 
"Bakcell Arena"dakı qarşılaşmadan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Arif Əsədov heç-heçəni belə şərh edib:
“İlk növbədə mən azarkeşlərdən üzr istəyirəm. “Neftçi” “Sumqayıt”ı məğlub etməlidi. Görünür, bəzi futbolçuların səviyyəsi “Neftçi”nin səviyyəsi ilə uzlaşmır. Bəzi futbolçular dərk etmir ki, hansı  klubun formasını daşıyırlar. Odur ki, islahatlar həyata keçirməyin vaxtı çatıb.  “Sumqayıt”ı təbrik edirəm, onlara gələn oyunlarda uğurlar arzu edirəm. Heyətdə problemlər var. Cinah müdafiəçiləri baxımından problemlərimiz mövcuddur. Məcburiyyətdən bir sıra oyunçuları özləri üçün yad olan mövqelərdə oynatdım. Mən özüm bilirəm ki, hansı futbolçular “Neftçi”yə layiqdir. Oyunçulara dedim ki, qarşıdakı oyunlar sizin üçün imtahandır. Oyunçular “Neftçi”də qalmağa layiq olduqlarını  sübut etməlidirlər”.
(pfl.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp