“Bavariya”nın əsas hücumçusu Robert Levandovskinin Çempionlar Liqasının yarımfinalında "Barselona" ilə matçda meydana çıxıb-çıxmayacağı sual altındadı.
 
Almaniya kubokunun yarımfinalı çərçivəsində "Borussiya" ilə oynanılan görüşdə üst çənə sümüyü və burnundan zədə alan forvard üçün xüsusi maska hazırlanır. Bir neçə gün öncə alman klubunun baş direktoru Karl Haynts Rummeniqqe təcrübəli oyunçunun maska vasitəsilə rahat şəkildə oynayacağını demişdi. Münhen təmsilçisinin baş məşqçisi Pep Qvardiola isə futbolçunun hazırki vəziyyətini belə şərh edib:
 
"Levandovskinin durumunu diqqətlə izləyirik. Baxaq, bir-iki günə necə olacaq. Ən son sözü klubun həkimi deyəcək. Əgər o, bildirsə ki, risk var, o zaman Levandovski oynamayacaq".
 
"Barselona" – "Bavariya" oyunu mayın 5-də keçiriləcək.
Shares: