Bir müddətdi davam edən müzakirələrdən sonra İtaliyanın "Milan" klubunun səhmləri satılıb. Futbolinfo.az xəbər verir ki, klubdan bu haqda rəsmi açıqlama verilməsə də, İtaliya mediası bu barədə klubun prezidenti Silvio Berluskoninin məlumat verdiyini bildirib.
 
O, klubun səhmlərinin yarısını tailandlı biznesmen Bi Teçaybola satıldığını təsdiqləyib. Berluskoni həmçinin qeyd edib ki, səhmlərin 51 faizi özündə qalacaq.
 
Qeyd edək ki, Bi Teçaybol klubun səhmlərinin 49 faizinə sahib olmaq üçün 500 milyon avrosundan keçib.
 
İddialara görə, yeni rəhbərlik “Milan"ın canlı əfsanəsi Paulo Maldinini geri qaytarmaq istəyir. O, klubun yeni rəhbərliyində yüksək vəzifələrdən birini tuta bilər.
 
Eyni zamanda “qırmızı-qaralar” baş məşqçi Flippo İnzaqiylə də yolları ayırmağı düşünür.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp