"Mançester Yunayted"in yayda həyəta keçirmək istədiyi transfer planlarından biri məlum olub. Futbolinfo.az xəbər veri ki, “mankunyanlar” icarə əsasında çıxış edən Radamel Falkao mövsümün sonunda "Monako"ya geri qaytaracaq.
 
Lui van Qal hücum xəttindəki boşluqları aradan qaldırmaq üçün "Bernli"nin gənc forvardı Denni İnqsi komandasında görmək istəyir. 23 yaşlı futbolçunun transferi 5 milyon funt dəyərində qiymətləndirilir.
 
Bundan başqa "Latsio"nun müdafiəçisi Stefan de Very də "Mançester Yunayted"in maraq dairəsinə düşüb. "Sport Mediaset"in xəbərinə görə, "qırmızı şeytanlar" hollandiyalı futbolçuya görə 24 milyon avro ödəməyə hazırdı
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp