3 may günü Azərbaycan futbol tarixində özünəməxsus yer tutur. Futbolinfo.az xəbər verir ki, 23 il öncə məhz 1992-ci ilin bu günü ilk Azərbaycan çempionatı start götürüb. 
İndi 10 komandanı yığıb, fərli-başlı çempionat təşkil edə bilməyənlərdən fərqli olaraq, o zaman turnirdə 26 komanda yarışırdı. Azərbaycanın 23 şəhər, rayon və qəsəbəsini təmsil edən bu komandalar ilkin mərhələdə hər biri 13 iştirakçıdan olmaqla 2 qrupa bölünmüşdü.  “Qarabağ” 2:1 “İnşaatçı” (Sabirabad) matçında hesabı açan Mehman Alışanov ölkə çempionatları tarixində ilk qolun müəllifi kimi adını həkk etdirdi.  
Bundan əlavə, ilk və son dəfə ölkə çempionatında bu qədər komanda mübarizə apardı. 
 
A qrupu
1430657880t1 - Futbolinfo.az
 
Qeyd: “Gənlcik” komandası çempionatı yarımçıq tərk etdiyinə görə nəticələri ləğv olunub.
B qrupu
1430657881t2 - Futbolinfo.az
 
2-ci mərhələdə isə qruplarda ilk 6 yeri tutanlar çempionluq uğrunda, qalanları isə növbəti mövsüm də yüksək dəstədə çıxış etmək üçün vuruşdular. Liqada qalmaq üçün isə ən azı 18-ci pillədə qərarlaşmaq lazım idi. 
Çempionluq uğrunda:
1430657881t3 - Futbolinfo.az
 
Yüksək dəstədə qalmaq uğrunda:
1430657881t4 - Futbolinfo.az
 
Qeyd: Bu mərhələdən etibarən Kürdəmirin “Şirvan” komandası da çempionatı yarımçıq tərk edib. 
 
Bombardirlər: Nazim Əliyev (“Xəzər”  Sumqayıt) 39 qol; Samir Ələkbərov (“Neftçi”) 36 qol; Mehman Allahverdiyev (Kəpəz) 30 qol.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp