Türkiyə PTT 1-ci Liqasında 31-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" da növbəti matçına çıxıb.
"Sarı-qırmızılar" doğma azarkeşlər önündə "Antalyaspor"la qarşılaşıb. Görüş 0:0 hesablı bərabərliklə başa çatıb. Qolkiperimizin adı bu dəfə də zədə səbəbindən oyunun iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, "Kayserispor" 63 xalla 1-ci pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp