Türkiyə PTT 1-ci Liqasında 31-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Vaqif Cavadovun şərəfini qoruduğu "Boluspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma azarkeşlər önündə "Elazığspor"la üz-üzə gəlib. Görüş 0:0 hesablı bərabərliklə başa çatıb. Ehtiyyat oyunçular skamyasında əyləşən hücumçumuz meydana 80-ci dəqiqədə çıxıb.
Qeyd edək ki, "Boluspor" 37 xalla 13-cü pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp