Türkiyə PTT 1-ci Liqasında 31-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəmşid Məhərrəmovun şərəfini qoruduğu "Adanaspor" da növbəti matçına çıxıb.
Sözügedən  komanda səfərdə "Osmanlıspor"la üz-üzə gəlib. Görüş ev sahibi komandanın 2:0 qələbəsi ilə başa çatıb. Ehtiyyat oyunçular skamyasında əyləşən yarımmüdafiəçimiz meydana çıxmayıb.
Qeyd edək ki, "Adanaspor" 36 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp