Türkiyə PTT 1-ci Liqasında 31-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Rail Məlikovun şərəfini qoruduğu "Dənizlispor" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma publika önündə "Orduspor"la qarşılaşıb. Görüş ev sahibi komandanın  5:1 hesablı qələbəsilə başa çatıb. Ehtiyyat oyunçular skamyasında əyləşən müdafiəçimiz meydana çıxmayıb.
Qeyd edək ki, "Dənizlispor" 27 xalla 17-ci pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp