Almaniya 2-ci Bundesliqasında 31-ci turun oyunları keçirilib.Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq  üzvü Toğrul Eratın  şərəfini qoruduğu Dusseldorf "Fortuna"sı  da növbəti matçına çıxıb.
Adıçəkilən komanda səfərdə  "Qroyter Fyurt"la üz-üzə gəlib. Görüş ev sahibi komandanın 3:0  hesablı qələbəsilə başa çatıb. Ehtiyyat oyunçular skamyasında əyləşən Erat meydana 78-ci dəqiqədə çıxıb.
Qeyd edək ki, "Fortuna" 41 xalla 7-ci pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp