Topaz Premyer Liqasının 32-ci turunda səfərdə "Qəbələ" ilə 1:1 bərabərə qalan "Qarabağ" elə həmin günün ertəsi ddə yoxlama oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, Qurban Qurbanovun komandası 1-ci divizion təmsilçisi "Şuşa Qarabağ"la gücünü sınayıb.
"İnter Arena"da baş tutan qarşılaşma 0:0 bərabərliklə başa çatıb. Bu matçda ağdamlıların "Qəbələ" ilə oyunda meydana çıxmayan və az forma şansı əldə edən futbolçuları mübarizə aparıb.
Sizi həmin heyətlə tanış edirik: Fərhad Vəliyev, Admir Teli, Şəhriyar Əliyev, Hacı Əhmədov, Tərlan Quliyev, Namiq Yusifov, İlqar Qurbanov, Dani Kintana, Danilo Dias, Vüqar Nadirov və Tural İsgəndərov.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp