Almaniya 2-ci Bundesliqasında 31-ci  turun oyunları keçirilib.Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin  üzvü Dimitri Nazarovun  şərəfini qoruduğu "Karlsrue" də növbəti matçına çıxıb.
Adıçəkilən komanda səfərdə  "Aue"lə qarşılaşıb. Görüş ev sahibi komandanın 3:1 hesablı qələbəsilə başa  çatıb. Start heyətdə meydana çıxan Nazarov 46-cı dəqiqədə əvəzlənib. Yarımmüdafiəçi 21-ci dəqidə isə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, "Karlsrue" 52 xalla 4-cü pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp