Ukraynalı futbolçu Dimitri Nemçaninov ölkəsinin mətbuatına maraqlı açıqlamalar. Futbolinfo.az xəbər verir ki, hazırda klubsuz olan Nemçaninov nə vaxtsa Azərbaycanda çıxış edə biləcəyinin də mümkünlüyünü bildirib. 
Jurnalistin “sizin menecer Azərbaycan və ya Qazaxstandan zəng edib, xidmətinizdə maraqlı olsa, nə cavab verərsiniz?” sualına müdafiəçi “Müəyyən şərtlər altında mümkündü. Amma mən Ukrayna Premyer Liqasını daha üstün tuturam”  cavabını verib. 
Qeyd edək ki, 2013-15-ci illər aralığında Ukraynanın “Volın” klubunun şərəfini qoruyan 25 yaşlı Nemçaninov hazırda klubsuzdu.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp