Cari ilin martında futbol üzrə U-15 millimizdə baş məşqçiliyinə son verilən Aslan Kərimovun gələcək aqibəti bəlli olub. AFFA-nın baş katibi Elxan Məmmədov tərəfindən 15 yaşadək futbolçulardan ibarət yığmadan uzaqlaşdırılan Kərimov yenidən bu posta qaytarılıb. 
Maraq üçün qeyd edək ki, assosiasiyanın baş katibi heç bir əsas olmadan Kərimova ondan narazı qaldığını, fəaliyyətinin hiss olunmadığını bildirmişdi.  Məmmədov gənc çalışdırıcıya "sən PRO kursunda da çalışırsan, vaxt çatdıra bilmirsən" bəhanəsi ilə onu yığmadan uzaqlaşdırmışdı. Görünür, Kərimova layiqli əvəzləyici tapılmadığından Elxan bəy səhv addım atdığını qəbul edib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp