Türkiyə futbolunda daha bir qalmaqal yaşanıb. Futbolinfo.az xəbər verir ki, Superliqanın 29-cu turunda keçirilən “Trabzonspor” – “Beşiktaş” (0:2) qarşılaşmasından sonra xoşagəlməz hadisələr baş verib.
Trabzon şəhərində baş tutan qarşılaşmanın başa çatmasından sonra nəticə yerli azarkeşləri hiddətləndirib. Matçdan sonra trabzonlu fanatlar evdə uduzduğu üçün öz komandalarına hücum çəkiblər. 
Stadionun qarşısında futbolçuların çıxmasını gözləyən azarkeş qrupunu polis dağıtmağa çalışıb. Bu vaxt tərəflər arasında gərginlik baş verib. İnsident zamanı bir nəfər yaralanıb.
Qeyd edək ki, bir neçə gün öncə Trabzonda "Fənərbaxça" avtobusu silahlı hücuma məruz qalmışdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp