“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Danilo Diasın futbolinfo.az saytına müsahibəsi:
– “Qəbələ” ilə oyunda meydandan 1:1 hesablı bərabərliklə ayrıldız. Ümumiyyətlə, komandanızın çıxışı sizi qane etdi?
– Nəticəni hamınız bilirsiz. Hər halda maraqlı oyun oldu. Amma bu barədə ətraflı danışmağa ehtiyac yoxdu.  Qəbələdən 1 xalla qayıtdıq və həmin oyunu unutduq. Artıq qarşıdakı “Xəzər Lənkəran”la matçı düşünürük.
– Sizcə, 1 xal sizin üçün yaxşı idi?
– Pis deyildi. Düzdü, son dəqiqələrdə penalti ilə qol buraxdıq. Lakin nəticəni pis adlandırmaq olmaz.
– Bəs, siz niyə forma şansı qazanmırsız?
– Mən hər gün daha çox çalışıram. Üzərimdə işləyirəm və meydana çıxmaq üçün çalışıram. Amma biz baş məşqçinin qərarına hörmətlə yanaşmalıyıq. İndi Qurban Qurbanov başqalarına şans verir. Məsləhət gördüyü vaxt mən də meydana çıxacam.
– Sizin meydana çıxmamağınıza zədə mane oldu, yoxsa necə?
– Mən çox yaxşı formada idim. Daim meydana çıxır və özümü yaxşı tərəfdən göstərirdim. Lakin zədələndim. Zədəm isə gec sağaldı, əməliyyat keçirdim. Bundan sonra isə toparlanmaq çətin oldu. Əlbəttə, sizinlə razıyam ki, zədə mənə çox mane oldu. Bu olmasaydı, indi yenə də əsas heyət üzvlərindən idim.
– Hazırda özünüzü tam hazır hiss edirsiz? Bəlkə, fiziki durumunuzda şatışmazlıq olduğu üçün Qurban Qurbanov sizə şans vermir?
– Yox, mən tam hazıram. Bütün gücümlə məşqlərə qatılır və əlimdən gələni edirəm. Öz şansımız gözləyirəm. Yəqin ki, məşqçi komandaya xeyir verəcəyimi düşündüyü vaxt məni meydana buraxacaq.
– Baş məşqçinizlə bu barədə söhbət etmisiz?
– Yox. Heç vaxt bu fikirdə olmamışam. Mən məşq etməliyəm və məşqçinin qərarını gözləməliyəm. Ona görə də heç bir söhbətimiz olmayıb. Yenə də çalışacağam ki, məşqdə bu günə qədər çalışdığımdan daha artığın edim.
– Müqaviləniz nə zaman bitir?
– Hələ 2016-cı ilin iyun ayına qədər “Qarabağ”la müqaviləm var. Yəni gələn mövsüm də burdayam.
– Artıq çempionat sona yaxınlaşır. Mövsüm "Qarabağ" üçün necə keçdi?
– Hər şey yaxşı oldu. Biz hələ ki, birinci pillədəyik və çempion ola bilərik. Amma qarşıda çətin oyunlarımız var. Fikrimizi həmin matçlara yönəldib, xallar qazanmalıyıq. İnanıram ki, ən yaxşısını edə biləcəyik.
– Həmçinin kubokun finalında oynayacaqsınız…
– Əlbəttə. Kubokun finalında oynayacağımız da bizim üçün yaxşı haldı. Hər iki yarışda birinci olmaq şansımız var. “Neftçi” çətin rəqibdi. Finalda onlarla üz-üzə gələcəyik. Maraqlı və gərgin qarşılaşma olacaq. Biz oradan da qalib ayrılmaq fikrindəyik.
 
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp