“Napoli”nin baş məşqçisi Rafael Benites komandası ilə yeni müqavilə imzalaya bilər. Futbolinfo.az xəbər verir ki, lakin 4 illik müqavilə üçün rəhbərliyin bir şərti var.
Belə ki, rəhbərlik ispan mütəxəssisin qarşısına Çempionlar Liqasına vəsiqə qazanmaq tələbini qoyub. Əgər o, bunun öhdəsindən gəlsə, yeni sözləşmə imzalayacaq.
Sona 4 tur qalmış komanda A seriyasında 4-cü yerdədi. ÇL-ə vəsiqə qazanmaq üçün isə A Seriyasını reqlamenti ən azı ilk “üçlük”də olmağı tələb edir. Lakin hazırda Avroliqada yarımfinalda olan Neapol təmsilçisi bu turnirin qalibi kimi də ÇL vəsiqəsi əldə edə bilər.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp