“Simurq”da yaranan maliyyə böhranı artıq bəzi futbolçuların komandadan ayrılmasına səbəb olub.  Zaqatala klubunun xorvatiyalı yarımmüdafiəçisi Stepan Polyak klubu tərk edib. 
Bu barədə futbolçunun özü saytımıza açıqlamasında məlumat verib: “Bəli, artıq Xorvatiyaya yola düşürəm. Mayın 31-də müqaviləm başa çatır. Ondan sonra isə təklifləri dəyərləndirəcəm”.
Bundan başqa Əli Gökdəmir də komandadan ayrıldığını bildirib: “Komandadan ayrılmışam. Amma növbəti mövsüm geri dönəcəm”.
Qeyd edək ki, “Simurq”dan daha 3 futbolçu ayrılıb. Bunlar Patris Osiako, Benjamin Lambot və Cihan Özkaradı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp