"Bavariya" Dortmund "Borussiya"sının futbolçusu İlkay Gündoğanın transferində israr edir. Futbolinfo.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. 
Məsələnin maraqlı tərəfi budu ki, Münhen klubu 24 yaşlı türk əsilli almaniyalını transfer etmək üçün aparıcı futbolçusu Mario Götzeni qarşı tərəfə təklif edə bilər. Hansı ki, Götze daha öncə də məhz Dortmund klubunun uğurları üçün tər tökürdü.
Bu mövsüm Almaniya Bundesliqasında 29 oyunda iştirak edən Mario 9 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp