“İnter”in yarımmüdafiəçisi Nizami Hacıyev futbolinfo.az saytına müsahibəsi:
– Hacıyev, son turlarla bağlı fikirlərinizi bilmək maraqlı olardı. Nəzərə alaq ki, “Qarabağ” hələ də çempionluğunu rəsmiləşdirməyib. Yenə də çempionluğa ümidiniz varmı? 
– Vallah, nə bilim. Hazırda əvəzedici komandada məşq edirəm. Buna görə də çətinlik çəkirəm. Ancaq hələ də heç nə bitməyib. Nəzərə alaq ki, “Qarabağ”ın çempion olması üçün onlara 1 qələbə, eyni sayda da heç-heçə bəs edir.
– Əvəzedici komandaya göndərilməniz nə ilə bağlıdı?
– Əsas komandada meydana çıxa bilmirəm. Əsas heyətə qayıtmaq üçün əvəzedicilərdə məşq edib, formamı bərpa etməyə çalışıram. Bunun başqa səbəbi yoxdu. Məşqçi heyəti ilə münasibətimiz də yaxşıdı. Aramızda heç bir narazılıq yoxdu. 
– Bütün bunları nəzərə alsaq, demək olarmı ki, artıq özünüz üçün indiən gələcək planlarınızı cızmısız?
– Bütün bu işlərin həllini bizə zaman göstərəcək. Mövsüm başa çatandan sonra yəqin ki, söhbətimiz olacaq. Əsas heyətə düşməyəndən sonra yəqin ki, özümə başqa klub axtarıb, harda oynamağımızı seçməli olacam. Gedib-getməməyim hələ də bilinmir. Hər şeyin reallaşması üçün zamana ehtiyac var.
– “İnter”lə olan müqaviləsiniz başa çatmaq üzrədi. Rəhbərlik sizə yeni müqavilə təklif edib?
– Komandanın durumu hələ də müəmmalı olaraq qalır. Buna görə də heç kimlə müqavilə söhbəti olmayıb. İki aydı maaş almırıq. Komandanın vəziyyəti necə olacağı bilinmir. Bu problemlər həll olunandan sonra yəqin ki, futbolçulara komandada qalmaq barədə təkliflər olunacaq. 
– Bu durum sizi çox narahat edir?
– Əlbəttə, çox narahatam. Çox adam maaşsız futbol oynayır. Bugünkü gündə “İnter” və “Sİmurq” kimi komandaları itirmək təhlükəsi ilə üz-üzəyik. Sabah bu iki kub olmasa, çempionatın dəyəri də, marağı da itəcək. İnanıram ki, bunun həlli yolu olacaq. Əks halda hər şey Azərbaycan futbolunun çökməyinə doğru gedir. Ölkə futbolunu yox vəziyyətinə gətirirlər. Fikrimcə, gələn ildən çempionatda 2-3 komanda qalacaq. 
– Səbəb nədi, günahkar kimdi?
– Yəqin ki, futbola baxanlar…
AFFA rəhbərliyi?
– AFFA klublara baxmır ki. Komandaların öz sponsorları var. Assosiasiyanın bizə dəxli yoxdu. Hər şey komandanın rəhbərlərindən asılıdı. Onlar baxırsa, komanda yaşayır, baxmırlarsa çökür. 
– “İnter”lə ötən tur Zaqataladakı oyunda “Simurq” futbolçuları etiraz ələməti olaraq yerə çökdülər.  Onların etirazına sizin də münasibətinizi bilmək maraqlı olardı…
– Bu etiraz aksiyası təkcə maddiyyata görə deyildi. Söhbət ondan gedirdi ki, bu cür komandanı məhv etmək olmaz. “Simurq”un baş məşqçisi George Çixradze ən yaxşı komandalardan birini yaradıb. Hər bir komandaya qarşı da mübarizə aparırlar. Mən də eyni addımı atardım. Etirazı normal hesab edirəm.  “Simurq”un yox olması “İnter”in  yox olması kimi bir şeydi. Siz də bilirsiz ki, bu komandaların rəhbəri eyni şəxsdi.  Komandanın rəhbərlərindən biri gəlib, bizə vəziyyəti başa salmalıdı. Bildirməlidilər, bu komandalar var, yoxsa yox. Futbolda belə şeylər olmamalıdı. Başqa söhbətlər isə mənasızdı. Bütün bunlar ölkə futbolunun çökməsinə doğru gedir. Bunun başqa adı yoxdu.
– Bütün bunları nəzərə alsaq, ola bilərmi ki, gələn mövsümdə legioner həyatı yaşıyasız?
– Allah ağzınızdan eşitsin. Hər şey ola bilər. İşlər görülür. Danışıqlar aparılır. Məndən bir sıra şeylər tələb ediblər, mən də vermişəm. Mayın sonunda bütün kartlar açılacaq. Aentimə də bildirmişəm ki, mənim üçün pul önəmli deyil. Allaha şükür ki, hər şeyim var. Bunlar bəsimdi. Cüzi maaşa da olsa, gedib, xaricdə oynayacam. Bu barədə çox düşünüb, qərarımı vermişəm. 
– Deyilənə görə, “Neftçi”yə keçmək şansınız da var…
– Məni “Neftçi”də görmək istəyirlərsə, danışıqlar aparılmalıdı. Bugünkü gündə belə bir şey yoxdu. Hazırda mənə “Neftçi”dən təklif gəlməyib.
EMİN SƏFƏROV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp