Ölkə çempionatının iddialılarından olan “İnter”in də maliyyə çətinlikləri ilə üz-üzə qalması klub üzvlərini pis vəziyyətdə qoyub. Futbolinfo.az xəbər verir ki, artıq bir neçə futbolçunun paytaxt təmsilçisini tərk edəcəyi ilə bağlı məlumatlar yayılıb.
 
Bunlardan biri də “bankirlər”in ötən yay heyətinə qatdığı braziliyalı hücumçu Franko Nildodu. “Sambaçı” bununla bağlı saytımıza danışdı. O, klubdan gedəcəyini nə təkzib, nə də təsdiq etdi: 
“Düzdü, problemlər haqqında hamının məlumatı var. Maliyyə çətinliyi hamıya təsir edir. Amma klubu tərk edəcəyimlə bağlı nəsə deyə bilmərəm. Çünki hazırkı vəziyyətdə müqaviləm var. Müqaviləyə əsasən növbəti mövsüm də burda qalmalıyam”.
Nildo başqa klublardan təklif aldığını da bildirdi: “Başqa klublardan təklif almışam. Sadəcə, mövsümün sonunda komandanın durumuna baxacağıq. Hələ ki, son 4 oyunumuzu düşünürəm. İnanıram ki, hər şey yaxşılığa doğru dəyişəcək”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp