Cari mövsümdə ardıcıl ikinci çempionluğunu qeyd etməyə yaxın olan “Qarabağ”ın heyətində yayda bir sıra dəyişikliklərin olacağı gözlənilir. Ağdamlılar komandadan ayrılan futbolçuları yeniləri ilə əvəz edəcək.
Ölkəmizi Çempionlar Liqasında təmsil etməyə ən real namizəd olan “atlılar” uğurlu çıxış üçün indidən transfer işlərinə başlayıb. Əldə etdiyimiz məlumata görə, komandanın baş məşqçisi Qurban Qurbanova təqdim olunan futboçuların əksəriyyəti hücum mövqeyində çıxış edir. Futbolinfo.az-a daxil olan məlumata görə, bunlardan biri də Sloveniya millisinin üzvü Roman Bezyakdı. 
Hazırda Bolqarıstanın “Ludoqorets” klubundaçıxış edən Bezyak haqqında son qərarı Qurbanov verəcək. Maraq üçün bildirək ki, 26 yaşlı hücumçunun Çempionlar Liqası təcrübəsi də var. O, “Ludoqorets” forması ilə ötən il mötəbər turnirdə Madrid “Real”ı, İngiltərə “Liverpul”u kimi komandalara qarşı oynayıb. 
Onu da qeyd edək ki, Bezyaq Bolqarıstan çempionatında “Ludoqorets” forması ilə meydana çıxıdığı 59 matçda 20 dəfə fərqlənib. Maraq üçün bildirək ki, bu gün ölkə mətbuatında uruqvaylı Dieqo Forlanın “Qarabağ”da çıxış edə biləcəyi ilə bağlı xəbərlər yayılıb. İş burasındadı ki, Forlan Türkiyə Superliqasında çıxış etməsi üçün onu transfer etmək istəyən klubdan ən azı 1,5 milyon avro tələb edir. Qətər və Dubay klubları üçün isə bu məbləğ 2-3 milyondu. Bunları nəzərə alsaq, Dieqonun ölkəmizə gəlməsi heç inandırıcı deyil.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp