"Liverpul" artıq növbəti mövsüm üçün transfer çalışmalarına başlayıb. Futbolinfo.az xəbər verir ki, İngiltərə nəhənginin yayda heyətdə böyük dəyişikliklər edəcəyi gözlənilir. 
Belə ki, "qırmızılar" "Bayer"in hücumçusu Son Hın Minlə yaxından maraqlanır. Onlar artıq cənubi koreyalı futbolçunun meneceri ilə danışıqlara başlayıblar. "Liverpul" Min üçün  alman klubuna 15 milyon funt-sterlinq ödəməyə hazırdı.
Qeyd edək ki, "Liverpul"la yanaşı, digər İngiltərə təmsilçiləri "Mançester Yunayted" və "Tottenhem" də 22 yaşlı oyunçunu heyətində görmək istəyir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp