Nikolay Adamın futbol üzrə 19 yaşlılardan ibarət millimizin baş məşqçi postundan getməsindən sonra bu vəzifəyə təyin olunan Nazim Süleymanovun artıq köməkçiləri də bəlli olub. Futbolinfo.az xəbər verir ki, bundan sonra Novruz Əzimovla Rauf Mehdiyev Süleymanovla bir  yerdə çalışacaq.
Novruz bəy sonuncu dəfə 1-ci divizionda mübarizə aparan “Lokomotiv”ə başçılıq edirdi. “Dəmiryolçular” maddi problemlərə görə fəaliyyətini dayandırdıqdan sonra Əzimov işsiz idi. U-19-un qapıçıları ilə işləyəcək Rauf Mehdiyev isə buna qədər “Simurq”un əvəzedicilərində çalışırdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp