"Çelsi"nin qolkiperi Petr Çex karyerasını Praqa "Sparta"sında davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, çex klubu təcrübəli əlcək sahibinə görə qarşı tərəfə təklif göndərməyə hazırlaşır. 
"Liverpul", "Arsenal", "İnter və "Napoli" kimi klublardan təkliflər olmasına baxmayaraq, 32 yaşlı qapıçının "Sparta"nın təklifini dəyərləndirəcəyi gözlənilir.
Qeyd edək ki, çexiyalı qolkiper "Çelsi"nin əsas heyətindəki yerini itirdiyindən komandanı tərk etmək istəyir. O, 2001/02 mövsümündə "Sparta"nın formasını geyinib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp