İsveç çempionatının yüksək liqası sayılan Allsvenskanda 7-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Emin Nurinin şərəfini qoruduğu “Kalmar” da növbəti matçına çıxıb. 
 
"Qırmızı qardaşlar" doğma arenada "Orebro" ilə üz-üzə gəlib. Görüş ev sahibi komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Ötən tur qırmızı vərəqə səbəbindən komandasına kömək edə bilməyən Nuri  bu dəfə 90 dəqiqə meydanda olub.
 
Qeyd edək ki, "Kalmar" 7 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp