Çempionlar Liqasında “Barselona” ilə “Bavariya” arasında keçiriləcək yarımfinal matçının da hakimi bəlli olub. Futbolinfo.az xəbər verir ki, UEFA qarşılaşmaya İtaliyadan olan hakimlər briqadasını təyin edib. 
Mayın 6-da keçiriləcək oyunda baş hakim Nikola Rissoli ədaləti təmsil edəcək.
Xatırladaq ki, məhz bu hakim ötən il dünya çempionatının finalını (Almaniya – Argentina) idarə etmiş və bir sıra tənqidlərlə üzləşmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp