Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Kayserispor” komandası Superliqaya yüksəlib. Futbolinfo.az xəbər verir ki, buna səbəb 3-cü pillədə qərarlaşan “Adana Dəmirspor”un xal itirməsi olub. 
Belə ki, 31-ci turda öz meydanında “Samsunspor”la qolsuz bərabərə qalan adanalılar 63 xalla turnir cədvəlinə liderlik edən  kayserililərdən 7 xal geridədi. 57 xalla turnir cədvəlinin 2-ci pilləsində “Osmanlıspor” və ondan 1 xal geridə qalan Adana təmsilçisinin növbəti turda qarşılaşacaqlarını nəzərə alsaq, “sarı-qırmızılılar” mövsümü minimum 2-ci yerdə bitirəcək. 
Qeyd edək ki, Kayseri təmsilçisi ötən mövsüm uğursuz çıxış edib, aşağı liqaya yuvarlanmışdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp