Türkiyə PTT 1-ci Liqasında 31-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, bu yığma komandalarmızda çıxış edən futbolçuların dueli ilə yadda qalıb. 
Belə ki, əsas milli komandamızın müdafiəçisi Ufuk Budakın şərəfini qoruduğu "Qaziantep BB" səfərdə gənclər yığmamızın yarımmüdafiəçisi Timur Təməltaşın şərəfini qoruduğu “Altınordu”nun qonağı olub. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Budak isə 90 dəqiqə meydanda mübarizə aparıb. Matçın 80-ci dəqiqəsində meydana əvəzetmədən daxil olan Təməltaş isə 3 dəqiqə sonra komandasının 2-ci qoluna imza atıb. 
Qeyd edək ki, "Qaziantep BB" 40 xalla 11, “Altınordu” isə 47 xalla 8-ci yerdə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp