Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasın 32-ci-cu turunun oyunları ilə bağlı cəzaları açıqlanıb.    
Belə ki, “Neftçi” – “Sumqayıt” matçının 45-ci dəqiqəsində ev sahibi komandanın futbolçusu Nikolas Kanales kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.
“Bakı” – “Xəzər Lənkəran” matçının 60-cı dəqiqəsində ev sahibi komandanın futbolçusu Qeyrət Əliyev ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat məbləğinda cərimə olunub.
“Qəbələ” – “Qarabağ” matçının 12-ci və 90-cı dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub. Həmin oyunun 87-ci dəqiqəsində qonaq komandanın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün isə Ağdam klubuna 2000 manat cərimə kəsilib. 
(affa.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp