Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan çempionatının 1-ci divizionunun 26-cı tur oyunları ilə bağlı cəzalar açıqlanıb.    
“Şuşa Qarabağ” – “Qaradağ Lökbatan” matçında ev sahibi komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. “Şuşa Qarabağ”ın baş məşqçisi Nadir Qasımov hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, kluba 500 manat cərimə kəsilib. Bu hal yenidən təkrarlandığı halda məşqçi haqqında daha ciddi tədbir görüləcək. Oyunun baş hakimi haqqında Hakimlər komitəsinin lazımı ölçü götürüb, İntizam Komitəsinə məlumat verməsi istənilib.
 “Bakılı” – “Şahdağ” matçının 31-ci dəqiqəsində ev sahibi komandanın futbolçusu Büşrah Əlili sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat məbləğində cərimələnib.
 “Zirə” – “Rəvan” matçında qonaq komandanın klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
(affa.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp