Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 32-ci tur oyunları ilə bağlı cəzalar açıqlanıb. 
“Simurq”  – “İnter”  matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Neftçi” – “Sumqayıt” matçının 90+2-ci dəqiqəsində ev sahibi komandanın futbolçusu Aleksandr Qross sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.
(affa.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp