Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağı liqalarda baş tutan oyunlarla bağı cəzalar açıqlanıb.
U-16 Liqasının “Turan Tovuz” – “Şirvan” matçında (30 aprel) “Şirvan” iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
Bakcell U-17 Liqasının “Kəpəz” – “Simurq” matçının 28-ci dəqiqəsində qonaq komandanın futbolçusu Mehman Qədirov təhqiredici ifadələr işlətdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
15 Liqasının “Bakı” – “Neftçi” matçının 23-cü dəqiqəsində qonaqların futbolçusu Məhəmməd Məmmədov rəqibi bilərəkdən əllə vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Oyunun 23-cü dəqiqəsində “Bakı” klubunun futbolçusu Fərid Nadirov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
Futzal üzrə Azərbaycan çempionatının “Khazar İslands” – EKOL matçının 40-cı dəqiqəsində qonaq komandanın futbolçusu David Balaxidze aqressiv hərəkət,  rəqibi bilərəkdən əllə vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
(affa.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp