“Bavariya”da çıxış edən fransız futbolçu Frank Riberi bir daha Fransaya qayıtmayacağını bəyan edib. Futbolinfo.az xəbər verir ki, futbol karyerasına 18 yaşından anadan olduğu Fransanın Bulon-sür-Mer şəhərinin “US-Bulon” komandasında başlayan Riberi vətəni tərk etməsinə səbəb kimi oynunun lazımınca qiymətləndirilməməsini göstərib. 
O, klub rəhbərliyi tərəfindən soyuq münasibət bəslənildiyini və dəfələrlə tənqidə məruz qaldığını bildirib. Müxtəlif vaxtlarda Fransanın tanınmış futbol klublarında çıxış edən, ölkənin milli komandasının tərkibində Avropa və dünya çempionatlarındakı oyunları ilə azarkeşlərin yaddaşında qalan Riberini  Zinəddin Zidanın davamçısı kimi də qiymətləndirirlər. Buna baxmayaraq, 32 yaşlı futbolçu Fransaya dönmək niyətində deyil.
Qeyd edək ki, bir müddət öncə Riberi Almaniya vətəndaşlığını qəbul edəcəyini bildirib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp