AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun futbolinfo.az saytına müsahibəsi:
– Başa çatan turun oyunları ilə bağlı fikirlərinizi bilmək istərdik… Ümumiyyətlə, yekunlaşmaq üzrə olan 2014/15 mövsümü haqda nə deyə bilərsiniz?
– Son qarşılaşmalar çox gərgin keçir. Əsasən də bunu liderlər qrupunda qərarlaşan komandalara aid etmək olar. Son illərdə biz fərqli, intriqalı çempionatlar görürdük. Ancaq indi sona 4-5 tur qalmış avrokuboklara vəsiqə qazanan bütün komandaların adına aydınlıq gəlib. Bu, təəssüf doğurur. Demək olar ki, çempionun da adı bəllidi. Yalnız ölkə kubokunun sahibi bilinmir. Lakin son oyunlar çox maraqlı və rəqabətli bir şəraitdə keçir. Gələcəkdə bundan da artığına nail ola bilərik. İnkişafa və tərəqqiyə nail olub, çempionatın səviyyəsini qaldırmalıyıq.
– Bəzi komandalarda artıq maliyyə böhranları baş qaldırıb. Sizcə, bu, onların gələn mövsüm çıxışına necə təsir göstərəcək? “Simurq” və “Bakı” kimi komandaları necə xilas etmək olar?
– Mən belə hesab edirəm ki, bu, təbii haldı, dünyada baş verən proseslərin nəticəsidi. Həmişə hər şey yaxşı olmur. Güclü klubları fərqləndirən xüsusiyyət çətin vəziyyətdən çıxış yolu tapmaqlarındadı. Əgər problem varsa, bunu həll etmək üçün klub rəhbərləri səy göstərməlidilər. Biz də istəyirik ki, bu problemlər tezliklə həll olunsun və iddialı klublar öz hədəfləri uğrunda vuruşsunlar. Əgər klub rəhbərləri futbolun inkişafında maraqlıdısa, onlar bu problemi həll etməldi ki, komanda çempionatda iddiasını davam etdirsin və mövsümü yola vermək üçün meydana çıxmasın. Çıxış yolu mütləq olmalıdı. Dünyada baş verən proseslər onu tələb edir ki, klublara bir nəfər yox, Müşahidə Şurası rəhbərlik etsin. Bəlkə də bu, öz müsbət təsirini göstərəcək və biz həmin komandaları növbəti mövsüm iddialılar sırasında görə biləcəyik.
– Avrokuboklara vəsiqə qazanan komandaların adları bəllidi. Hazırkı vəziyyətdə nəyə ümid etmək olar?
– Komandalar son turlarda özlərini müsbət tərəfdən göstərirlər. Düzdü, müəyyən problemlər də var. Bunu əsasən “Neftçi”yə aid edə bilərik. Biz bakılıları bundan da güclü komanda kimi görmək istəyirik. İştirakçıların hamısı potensiallı komandalardı. Boşluqları doldura bilərlər. Hesab edirəm ki, biz Avroliqada güclü Azərbaycan klubları görə biləcəyik. Ən vacib budu ki, siz də, biz də və klub rəhbərləri də – hamımız bunu istəyirik.
– Sizcə, avrokuboklarda minumum hədəf nə olmalıdı?
– Fikrimcə, hədəflər artıq bəllidi. “Qarabağ” və “Neftçi” hamıya göstərdi ki, heç kimdən çəkinməli deyilik. Biz bu gün futbol oynamağı bacarırıq. Artıq elə bir vaxt gəlib çatıb ki, 1 yox, 2 və daha çox komanda qrup mərhələsində mübarizə aparmalıdı.
– Bu komandaları bir-bir nəzərdən keçirsək, siz nə kimi dəyişikliklər edərdiniz? Əsasən hansı mövqelərə əl gəzdirmək lazımdı?
– Heyətə güc qatmaq lazımdı. Hər bir klubun öz məşqçiləri var və bu məşqçilərin də öz işəyanaşma təzləri, baxışları var. Hansıkı bu baxışlar hər birimizin marağı ilə üst-üstə düşəcək. Bizim istəyimiz budu ki, bütün klublarmız tək özlərini yox, Azərbaycanı layiqincə təmsil etsinlər. Nə dəyişiklik etmək lazım olduğunu komandaların baş məşqçiləri yaxşı bilirlər.
– Məşqçilər Komitəsinin sədri kimi bir neçə turnir keçiriləməsini təklif etmişdiniz. Bu turnirlərlə bağlı yekunda nə qərar verildi?
– Hesab edirik ki, Avroliqaya vəsiqə qazanan klubların ayrıca bir turnirini keçirməyə nail olacağıqsa, bu, çempionatımıza rəng qatacaq. Güclü rəqiblərə qarşı mübarizə aparan futbolçu inkişaf edəcək. Bəzi suallar verirlir ki, bir çox futbolçular bu turnirlərə qeyri-ciddi yanaşa bilərlər. Fikrimcə, turnirin nüfuzunu və imicini qoruyub saxlamaq üçün oynayacaqlar. Həmçinin, hər bir turnirdə mükafat fondu qoyulacaq. Bu da komandaların yarışa ciddi yanaşması üçün təkan verəcək. Əsas məqsədimiz odu ki, klublarımız Avropa standarlarına uyğun oyunlar keçirsin. Bu matçların içində rəqabətli qarşılaşmalar çox olsun. Bu, çox vacibdi. Biz hazırda çalışıq ki, vaxtı seçək və hansı sistemi tətbiq edəcəyimizi müəyyənləşdirək. Proses gedir və növbəti çempionatda belə turnirlər keçirə bilərik.
– Ümumiyyətlə, komitə olaraq indiyədək verdyiniz təkliflərdən hansılar qəbul olunub?
– Əksəriyyəti qəbul olunub. U-19 və U-21 yığmalarına baş məşqçilər bizim tövsiyyələrmizə əsasən seçilib. Bundan başqa, ayrı-ayrı lahiyələrimiz var. Hansı ki, bu çempionatın gedişində və növbəti çemionatın əvvəlində müzakirə olunacaq. İnanıram ki, bunların hamısı həyata keçiriləcək. Milli komandaların rəsmi və yoldaşılq oyunları ilə bağlı da öz məsləhətlərmizi veririk. İş prosesi müsbət gedir. Düzdü, bütün məsələlərin öz həllini tapdığını deyə bilmərəm. Bəzi məsələlər var ki, gündəmdə deyil, amma nəzərdə saxlanılır. İnanıram ki, bu təkliflər Azərbaycan futbolunun xeyrinə olacaq.
– Milli komandamızın baş məqşçisi Robert Prosineçki açıqlamasında bildirmişdi ki, “Neftçi”nin heç bir futbolçusu yığmaya layiq deyil. Siz də belə düşünürsüz?
– Onu deyə bilərəm ki, baş məşqçi hər bir çıxışına cavabdehdi. Nəyəsə əsaslanıb, bunu deyirsə, bu sualı ona ünvanlamaq lazımdı. Ona görə ki, komandanı hazırlamağa və nəticəyə cavabdeh şəxs odu.
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp