Problemlər içində boğulan “Simurq”u legionerləri yavaş-yavaş tərk edir. Futbolinfo.az xəbər verir ki, artıq onların siyahısına daha biri əlavə olunub. 
Belə ki, komandanın İsrailli müdafiəçisi İdan Vaytsman da komandadan ayrılmaq qərarına gəlib. Amma o növbəti matçdan sonra vətəninə yollanacaq. Bu barədə futbolçu özü məlumat verib: 
“Növbəti qarşılaşmadan sonra komandadan ayrılacam. “Bakı” ilə oyunum Azərbaycanda sonuncu matçım olacaq. “Simurq”a isə uğurlar arzu edirəm. İnanıram ki, bu komanda dağılmayacaq. Mən isə bu vəziyyətdə getməliyəm. Onsuz da, mövsümün sonunda müqaviləmin müddəti bitirdi”.
Vaytsman başqa komandalardan təklif aldığını da bildirib: “Başqa komandalardan təklif almışam. Hazırda 2 real təklif var”.
 
Qeyd edək ki, Vaytsman 2013-cü ilin yayından Zaqatala klubunda çıxış edir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp