Bu mövsüm AZAL-ın heyətində uğurlu çıxışı ilə diqqət çəkən konqolu hücumçu Freddi Mombonqo paytaxt klubunu tərk edə bilər. Futolinfo.az xəbər verir ki, müqaviləsi mövsümün sonunda başa çatan forvard  iddialı klublardan birinə keçmək niyyətindədi. 
O, saytımıza açıqlamasında bunu təsdiqləyib: “Mövsümün sonunda, yəni, mayın 31-də müqaviləm başa çatır. Bir neçə klubdan da təklif almışam. Azərbaycanlı menecerim də mənə yeni təkliflər gətirib. Amma hələ ki, bu barədə geniş danışmaq istəmirəm. Ola bilər ki, mən AZAL-dan ayrılım. Çünki təkliflər arasında iddialı klublar, Avropa Liqasında çıxış edəcəklər var. Mən də çempionluq, kubok, avokuboklar hədəfi olan komandada çıxış etmək istəyirəm. Hazırkı klubum da mənə yeni müqavilə təklif etməyib. Əgər baş məşqçi Tərlan Əhmədov burda qalmağımı istəsə, bəlkə də, daha bir mövsüm oynadım. Amma dediyim kimi iddialı avrkuboklarda çıxış edən bir komandaya getmək istəyirəm”.
Mombonqo maliyyə problemlərinə görə komandanın tərk edəcəyi ilə bağlı gəzən xəbərlərə belə münasibət bildirib: “Yox, maliyyə problemimiz yoxdu. Mən böyük ehtimalla AZAL-ı tərk edəcəm. Lakin bunun arxasında pul problemi dayanmır”.
Konqolu hücumçu komandasının cari mövsümdəki çıxışını da dəyərləndirib: “Qarşıdakı 4 turda da yaxşı oyun göstərməyə, xalla qazanmağa çalışacağıq. Mövsüm bizim üçün normal alındı. Lap yaxşı da deməzdim, pis də deməzdim. Mənim üçün isə yaxşı adlandırmaq olar. Çünki qollar vurdum, özümü göstərə bildim. Bunda baş məşqçimizin və komanda yoldaşlarımın da əməyi var”. 
Qeyd edək ki, Mombonqo AZAL-a ötən ilin yayında gəlib. O, “təyyarəçilər”in  heyətində 20 oyunda meydana çıxıb və 8 dəfə rəqib qapılarına yol tapıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp