Bu gün İsveçrənin Sürix şəhərində AFFA-nın təşəbbüsü ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev FİFA-nın prezidenti Yozef Blatterlə görüşüb. Futbolinfo.az xəbər verir ki, "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı AFFA tərəfindən hazırlanmış hesabat kitabı FİFA-nın prezidentinə təqdim olunub, ölkəmizdə futbolun inkişafının perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə FİFA-nın baş katibi Jerome Valcke, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.
(affa.az)
 
FIFA AFFA3 - Futbolinfo.azFIFA AFFA1 - Futbolinfo.azFIFA AFFA2 - Futbolinfo.azFIFA AFFA - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp