"Bavariya"nın baş məşqçisi Xosep Qvardiola "Barselona" ilə qarşılaşmada müdafiə taktikasına üstünlük verə bilər. Futbolinfo.az xəbər verir ki, İspaniyanın "Marca" qəzeti təcrübəli mütəxəssisin hər şeydən əvvəl komandasına qol buraxmamağı tapşırıb. 
Bununla əlaqədar olaraq, o, müdafiənin mərkəzində 3 oyunçu ilə oynamaq fikrindədi. Mərkəzdə Mehdi Benatiya və Jerom Boatenq oynamalıdı. Onların yanında isə ya Xavi Martiens, ya da Dante oynayacaq. 
Münhen klubunun hücumçusu Tomas Müller də Qvardioladan lazımı tapşırıq aldıqlarını deyib: "Biz bilirik ki, "Barselona" dünyanın ən yaxşı klublarından biridi. Onlar artıq iki güclü komandanı üstələyiblər. Amma mən optimistəm. Mən komandamıza inanıram. Biz qalib gəlmək istəyirik. Onların potensialını bilirik. Güclü heyətə malikdilər. Amma biz də yaxşı hazırlaşmışıq. Məşqçimiz "Barselona"nı hamıdan yaxşı tanıyır. Qvardiola matçdan öncə bizə "Barselona"ya necə qalib gəlməyin reseptini verəcək. Əlbəttə, biz təzyiqi hiss edirik. Ancaq biz "Bavariya"yıq, qələbə üçün əlimizdən gələni edəcəyik". 
Qeyd edək ki, bu komandalar arasındakı oyun sabah "Nou Kamp"da, cavab qarşılaşması isə mayın 12-də "Alyans Arena"da keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp