“Qəbələ”nin yarımmüdafiəçisi Rəşad Sadiqovun futbolinfo.az saytına müsahibəsi:
– “Qarabağ”la matçda son dəqiqədə vurduğunu penalti qolu ilə məğlubiyyətdən qaçdınız. Həmin oyun haqqında fikirləriz necədi?
– Liderlə 8 oyundu ki, uduzmayan komanda üz-üzə gəlirdi. Maraqlı və gərgin görüş olacağını əvvəlcədən hamı bilirdi. Özünüz də şahid oldunuz ki, hər iki komanda açıq futbol oynadı. Bizim qol epizodlarımız daha çox oldu. Amma istifadə edə bilmədik. 
– Qələbə üçün dəqiqlik çatmadı?
– Yox, bəxtimiz gətirmədi. Rəqib bizi əks-hücumda yaxalayıb, qol vurdu. Ondan sonra hesabı qorumağa çalışdılar. Lakin çətin də olsa, biz oyunun sonunda bərabərlik qolunu vurmağa nail olduq. Amma dediyim kimi, bu matçdan 3 xalla ayrıla bilərdik.
– Uzun müddət sonra 90 dəqiqə meydanda olduz. Çətin olmadı?
– Kənardan necə göründüyünü deyə bilərəm? Əslində, öz oyunum haqqında fikir bildirmək də düzgün çıxmaz. Baş məşqçi mənim haqqımda danışsa, daha yaxşıdı.
– Elə Roman Qriqorçuk oyundan sonrakı mətbuat konfransında haqqınızda fikir bildirdi. Bütün tapşırıqları yerinə yetirdiyinizi dedir. Sizcə, bundan sonra daimi şans qazana biləcəksiz?
– İnanıram ki, özümü sübut edə bildim. Amma hər şey Qriqorçukun qərarından asılıdı. Ümid edirəm ki, bu mənim üçün yenə “fasiləli” 90 dəqiqə olmayacaq.  Baş məşqçimizin güvənini qazana bildiyimə inanıram.
– Elvin Camalovun yoxluğunda baş məşqçi sizə şans verdi. Gənc futbolçu ilə mübarizə aparmaq sizə problem deyil?
– Yox. Həm də mən yarımmüdafiənin mərkəzində istənilən mövqedə çıxış edirəm. Ona görə də bunu Elvinlə mübarizə adlandırmazdım. O, meydanda olarkən, də mən heyətdə yer ala bilərəm. 
– “Qəbələ”ə Avroliqaya vəsiqə qazandı. İndi 3-cü pillə üçün mübarizə aparacaqsınız. “Neftçi”ilə müqayisədə sizi daha şansı saymaq olar? Çünki bu yer üçün əsas rəqibinizin bütün diqqəti kubokun finalındadı?
– Ola bilər ki, rəqibin fikri kubokun finalındadı. Amma bu, çempionatda 3-cü pillədən imtiana etdikləri anlamına gəlməz. Hər bir komanda sona qədər döyüşəcək. “Qəbələ” isə medallar uğrunda yarışır. İnanıram ki, sonda bürünc medalları öz boynumuzdan asa biləcəyik.
– Təcrübəli oyunçu kimi son ildə Azərbaycan futbolunda olanlarla necə münasibət bildirərdin?
– Bəzi klublar maliyyə böhranı ilə üz-üzədi. Təbii ki, onların Premyer Liqadan getməsi yaxşı olmayacaq.
– Artıq “Simurq”la “İnter”in dağılacağı ilə bağlı xəbərlər gəzir…
– Mən elə gəlir ki, onlar heç biri dağılmayacaq. Yenə də eyni güclə mübarizələrini davam etdirəcəklər. Ümid edirəm ki, növbəti mövsüm də gərgin çempionat olacaq.
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp