“Şuşa-Qarabağ”ın baş məşqçisi Nadir Qasımov intizamsızlığına görə yenə cəzalandırılıb. Qocaman çalışdırıcı futbol üzrə Azərbaycan çempionatının 1-ci divizionun 26-cı turu çəçivəsində baş tutan “Şuşa-Qarabağ” – “Şahdağ” matçı zamanı qarşılaşmanın baş hakimi Xəlil Xəlilovu təhqir etdiyinə görə İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzayla “mükafatlandırılıb”.
İş burasındadı ki, Qasımov bu cəzanı haqsız hesab etsə də, Apellyasiya Komitəsinə müraciət etməyəcəyini bildirib. Maraqlıdı, niyə? Günahsız olduğunu söyləyən Nadir bəy nəyə görə susmaq fikrindədi?
Səbəbi isə çox sadədi. Çünki günahsız olduğunu heç cür sübut edə bilməyəcək. Çünki hakimi təhqir edib, onu pis söyüşlərə “qonaq edib”. Nəinki hakimi, hətta Hakimlər Komitəsini də, öz oyunçularını da, köməkçilərini də…
Qasımovun baş rolda olduğu biabırçılığa qarşılaşmanı canlı izləyən əməkdaşlığımız da şahidlik edib, Nadir bəyin “məharəti”ni öz telefonun yaddaşına köçürüb. Necə deyərlər: saxla samanı, gələr zamanı…

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp