İspaniya millisinin baş məşqçisi Visente del Boske "Real" və "Barselona"nın Çempionlar Liqasındakı çıxışını dəyərləndirib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis ölkəsinin təmsilçilərini turnirin finalında görmək istədiyini deyib: 
"Çempionlar Liqasında ispan finalını izləmək istəyirəm. Hazırda İspaniyanı Avropada layiqincə təmsil edən 2 klub yarımfinalda mübarizəni davam etdirir. Əlbəttə, asan oyunlar yoxdu. İspan klubları finala çox vəsiqə qazanıb və bu heç vaxt asanlıqla başa gəlməyib".
Qeyd edək ki, sonuncu ÇL finalı da məhz ispan klubları arasında olmuşdu. Ötən mövsüm Madridin “Real” və “Atletiko” klubları üz-üzə gəlmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp