Azərbaycan çempionatının 1-ci divizionda çıxış edən "Zirə"də yeni təyinat reallaşıb. Futbolinfo.az xəbər verir ki, aşağı liqa təmsilçisinin mətbuat xidmətinə yeni rəhbər təyin edilib.
Klubun yeni mətbuat xidmətinin rəhbəri əvvəllər “İctimai TV”də idman şərhçisi kimi çalışmış Elman Himayətoğlu olub.
 
Qeyd edək ki, "Zirə" cari mövsümdə Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparır. Komanda hazırda 1-ci divizionda 3-cü pillədə qərarlaşıb.
(komanda.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp