Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində mayın 8-də “Sumqayıt”la qarşılaşacaq “Qəbələ” hazırlıqlarına start verib. Futbolinfo.az xəbər verir ki, “Qarabağ”la mayın 2-də evdə keçirilən 32-ci turun oyunundan (1:1) sonra iki gün istirahətə buraxılan “qırmızı-qaralar” ötən gün çalışmalarını bərpa edib. 
Əvvəl fiziki hazırlıq keçən komanda ardınca toplu çalışamlara üstünlük verib. Qəbələ təmsilçisinin hazırlıqlarına 3 futbolçu qatılmayıb. Fizioterapiya kursu keçən Dodo və zədə səbəbindən müalicə olunan Ruslan Əmircanovla yanaşı, boğazında ağrılar olan Cavid Hüseynov da məşqə qatılmayıblar. Onlar “Sumqayıt”la oyunda da komandaya kömək edə bilməyəcək. Roman Qriqorçukun yetirmələri sabah Qəbələ şəhər stadionunda məşq keçəcək. Mayın 7-də komanda Bakıda bir araya gələcək.
Qeyd edək ki, mayın 8-də Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt”la qarşılaşma saat 18:00-da başlayacaq.
(Klub saytı)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp