"Yuventus" ulduz futbolçusu Pol Poqbanın komandadan ayrılma ehtimalını gözdən keçirir. Futbolinfo.az xəbər verir ki, İtaliya çempionu onun boşluğunu belçikalı futbolçu ilə doldurmaq fikrindədi. 
Belə ki, "Volfsburq"un yarımmüdafiəçisi Kevin de Bruyne "Yuventus"un maraq dairəsinə düşüb. Turin klubu yayda komandanı tərk etməsi gündəmdə olan Polun satışından gələn pulun 35 milyon avrosunu bu transferə xərcləməyə hazırdı.
Qeyd edək ki, cari mövsüm 46 matçda meydana çıxan de Bruyne 15 dəfə fərqlənməklə yanaşı, 24 məhsuldar ötürmə verib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp