"Bavariya"nın qapıçısı Manuel Noyer Çempionlar Liqasının yarımfinalında "Barselona" ilə keçirəcəkləri matç öncəsi maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Futbolinfo.az xəbər verir ki, təcrübəli qolkiper kimin daha güclü olduğunu sübut edəcəklərini bildirib: 
"Lionel Messiyə qazandığı bütün nailiyyətlərə görə hörmət edirəm. O, çox təvazökar futbolçudu. Ancaq biz meydanda kimin daha güclü olduğunu göstərəcəyik. Almaniya millisi ilə dünya çempionatının finalında Argentinaya qarşı matçda yaxşı çalışaraq, onun komandasından üstün olduğumuzu sübut etmişdik. Bu dəfə də həmin uğuru təkrarlamaq istəyirəm".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp