Topaz Premyer Liqasının 33-cü turunda doğma meydanda “Qarabağ”Ia qarşılaşacaq “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, "ağ-yaşıllar" ötən gün saat 17:00-da stadionun ehtiyat meydançasında məşqə çıxıblar. 
Hazırlıq prossesi güclü yağış altında keçib. Məşqçilər korpusu fürsətdən istifadə edərək, futbolçuların əlverişsiz hava şəraitində topla davranışı, müdafiədə sıx oyun və müdafiədən sürətli əks hücuma keçmək üzərində çalışmalara üstünlük verib. Bir saatdan çox davam edən məşqin ardınca komanda özünün baza-otelində istirahətə çəkilib.  
Qeyd edək ki, daha bir məşq mayın bu günə planlaşdırılıb. Mayın 7-də isə baş tutacaq formal xarakter daşıyan oyunöncəsi son hazırlıqdan sonra “Xəzər Lənkəran” oyunun başlama saatını gözləyəcək.
(12cioyuncu.info)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp